İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana təbiətin bu kəndə bəxş etdiyi İlisu şəlaləsi heç kəsi biganə qoymayacaq. Siz də bu şəlaləyə tamaşa etməkdən doymayacaqsınız. Azərbaycanın müxtəlif bölgələrində şəlalələr var, amma mənbəyini Böyük Qafqaz dağlarının sıldırım qayalarından götürən, hündürlüyü 25 metrə çatan İlisu şəlaləsi (həm də Ram-rama kimi tanınan) olduqca mənzərəli, səfalı məkanda yerləşir. Yerli əhali bu şəlaləni gizli xəzinə hesab edir. Şəlalənin mənsəbinə çatmaq üçün dik yoxuşu piyada qalxmağa bir saat vaxt sərf olunur. Piyada gəzməyi sevməyənləri yerli sakinlər qayalığın arasındakı yolla avtomobillə apara bilərlər. İlisu şəlaləsinin donmuş mənzərəsini görməkdən ötrü buraya qışda səyahət etmək lazımdır. Qışda bu yerlər tam ayrı gözəlliyə qərq olur.
Əlaqə: info@elresort.az
+994704455202
Qum kəndi yaxınlığında qeyri-adi bir abidənin - Qum bazilikasının dağılmış qalıqları var. Uzun zamandan bəri bu abidə ağaclıq və kolluqlar içində qalmışdı. Sonradan tarixi V-VI əsrə aid edilən bu abidədə bərpa işləri başlanıb. Bir çox xüsusiyyətlərinə görə tam fərqli olan bu abidənin iri daş sütunları və tağları çox incəliklə işlənmişdir.
Bu günbəzli alban məbədi qədim Bizans memarlığındakı bazilika (latın dilində hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Bu möhtəşəm abidədən, demək olar, dövrümüzə yalnız onun əsas həcmi və bəzi yerlərdə dam örtüyünün hissələri gəlib çıxıb.
Əlaqə: info@elresort.az
+994704455202
Qax rayonunun İlisu kəndinin Bucaq məhəlləsində yerləşən müdafiə qülləsi 18-ci əsrdə inşa edilib. Bu qüllə dağ icmalarının özlərini və ailələrini düşmənlərdən qorumaq üçün yaratdıqları müdafiə memarlığının nümunəsidir. Qüllə çay daşları, əhəng məhlulu və bişmiş kərpicdən istifadə olunmaqla tikilib və həmin dövrün ustalığını və dözümlülüyünü əks etdirir.
“Sumuq qala”nın tikilməsi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk dövrlərdə sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. Qafqaz müharibələri dövründə bu cür müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı. Belə müdafiə qüllələrinə Gürcüstanın dağlıq rayonlarında, Dağıstanda və Şimali Qafqazda da rast gəlmək mümkündür. Onlar adətən evlərə bitişik və ya evin yanında köməkçi müdafiə qurğusu kimi tikilirdi.
Əlaqə: info@elresort.az
+994704455202
Kürmük məbədi – Qax rayonunun Əmbərçay kəndi yaxınlığında yerləşir. Arxeoloji qazıntılar zamanı müəyyın olunmuşdur ki, Kürmük məbədi Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim bir alban məbədinin (I-III əsr) qalıqları üzərində inşa olunmuş kilsədir. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunmuşdur. Vaxtilə burada mövcud olmuş alban məbədindən və monastırından isə torpaq altından aşkara çıxarılmış tikinti qalıqları var. Bu kilsənin alban abidələri ilə heç bir əlaqəsi yoxdur. Kilsə qırmızı kərpicdən inşa edilmişdir. Zəng yeri dairəvi inşa edilmişdir və dar pəncərələr qoyulmuşdur. Zəng yerinin üzəri konusşəkilli damla örtülmüş və damın üstündə xaç qoyulmuşdur.
Əlaqə: info@elresort.az
+994704455202
Ləkit məbədi Qafqaz Albaniyası dövrünə aid ən qədim tikililərdəndir. Məbədin qalıqları Ləkit Kəndinin 1 km, Ləkit çayının kənarında, yarğanın yaxınlığındadır. Baranovsk 40-cı iqtisadiyyatın bərpası təqdirəlayiqdir.
Dairəvi formada tikilmiş məbəd diametri 22 metrə çatan zal ilə örtülüdür. Divarlar çay daşından hörülmüş, daxildəki pilonlar və südünlər bişmiş kərpicdən tikilmişdir. Məbədin daxili quruluşunda naxışlı südün ətrafında dairəvi formalı südünlər düzülmüşdür. Tetrakonxun tikilmiş künbəz uçub tökülmüşdür. Məbədə şərq tərəfdən bitişik iki köməkçi otaqdan – cübbəxanadan daxili qapılar qoyulmuşdur. Cübbəxanadan birinin qurbangahı, başqalarının ruhani hücrəsi olduğu güman edilir. Məbəddən 30 metr aralıqda xaç suyuna salmaq üçün tikilinin – hamamın qalıqları vardır.
Əlaqə: info@elresort.az
+994704455202
Abidənin divarlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələrə əsasən, demək olar ki, məscid hələ 1617-1618-ci illərdə mövcud imiş. Məscidin tikintisində çaylaq daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə olunub, üstü kirəmitlə örtülüb. Düzbucaqlı plana malik binanın əsas kompozisiya oxu şimal-cənub istiqamətindədir.
Məscidin içərisi sütunlarla uzununa istiqamətdə üç bərabər hissəyə bölünüb. İbadət salonu məscidin yan divarlarındakı sivri tağlı pəncərələr vasitəsilə işıqlanır. Pəncərələri “Cəfəri” tipli şəbəkə ilə tərtib olunmuş yan divarlar, eləcə də interyer sadə görünüşlüdür. Bununla belə, memarlıq formalarının, sivri tağlar sisteminin ahəngdar biçimi interyeri xeyli canlı göstərir.
Məscidin girəcəyində, qapının üstündən və yanlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələr hörülüb.
Əlaqə: info@elresort.az
+994704455202
Sarıbaş Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1602 metr yüksəklikdə yerləşir. Kənd ucqar ərazidə qərar tutub. Belə ki, bəzən hətta çay məcrasından çıxdıqda Sarıbaşın dünya ilə əlaqəsi kəsilir. Elə yaxşı hava şəraitində də kəndə gəlmək üçün xüsusi yolsuzluq avtomobilinə ehtiyacınız olacaq.
Buna baxmayaraq, kəndin nadir daş memarlıq abidələri və gözoxşayan dağ mənzərələrini görmək üçün bu çətinlikləri çəkməyə dəyər. Kəndin əhalisi son illərdə azalıb - qışda burada cəmi 30 nəfər yaşayır. Yerli insanların qonaqpərvərliyi isə qəlbinizi xüsusilə fəth edəcək. Kəndin çeşidli yerli təamlarını, o cümlədən pendir və mürəbbələrini dadmağı unutmayın. Qax rayonunun incisi olan sürhüllünün də dadına mütləq baxın. Çox adam deyir ki, bu milli yemək növü məhz Sarıbaşda başqa bir yerdə tapa bilməyəcəyiniz bənzərsiz bir dad əldə edir.
Əlaqə: info@elresort.az
+994704455202
Tolerantlıq dəyərlərinə xüsusi önəm verilən, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin bir yerdə sülh şəraitində yaşadığı Azərbaycanın hər yerində xristian abidələri, ibadət yerləri, kilsələrin qorunmasına həmişə böyük diqqət yetirilir. Qax rayonunun Qaxbaş kəndində yerləşən Müqəddəs Georgi kilsəsi də ölkəmizdə xristian irsinin mühafizə olunduğu dini məkanlardan biridir. XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda il ərzində müxtəlif dini bayramlar keçirilir, dini ayinlər icra olunur. Bu bayramlarda icmanın bütün üzvləri iştirak edir, kilsədə şam yandırırlar. Kənddə məskunlaşmış etnik gürcülər – ingiloylar kilsəyə ibadət üçün gəlirlər, kilsə əsasən əlamətdar xristian ortodoks ayinlərinin icra olunduğu tarixlərdə izdihamlı olur. Lakin digər günlərdə turistlər ilboyu kilsəni ziyarət edə bilər.
Kilsənin interyeri isə başdan-başa sənət əsəridir. Mühüm dini səhnələri əks etdirən rəsmlərlə bəzədilmiş parlaq rəngli divarlar və tavanlar üstünlük təşkil edir, eksteriyerində isə yamyaşıl bağçasından füsunkar dağ mənzərələri açılır.
Əlaqə: info@elresort.az
+994704455202
Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən bu arıçılıq təsərrüfatı şimal-qərb regionunda digər bir möhtəşəm aqroturizm təcrübəsidir. 2012-ci ildə yaradılan bu ailə təsərrüfatında bal, arı südü, propolis, çiçək tozu, mum, baxım kremi və bal əsasında geniş çeşiddə məhsullar istehsal edilir. Kompleks ərazisində balın keyfiyyətini müəyyən etmək üçün laboratoriya da mövcuddur. Gələcək arıçıları maarifləndirmək missiyasının bir hissəsi olaraq burada, həmçinin arıçılıq emalatxanaları, hətta regionun arıçılıq tarixinə həsr olunmuş açıq səma altında muzey təşkil yaradılıb.
Bal Evində mütəxəssisi müşayiəti ilə aparılan ekskursiya ilə yanaşı, balın hazırlanması üzrə masterklaslara da qoşula bilərsiniz. Gəzinti zamanı Qafqaz dağ balının istehsalında öz yerini saxlayan yerli arıçılıq ənənələri haqqında öyrənəcək və bu ənənələrin məhsulu olan balın dadına baxa biləcəksiniz. Təsərrüfatın ərazisində kiçik bir göl də var ki, ətrafında oturub saatlarla təbiətin dincliyindən zövq almaq olar.
Əlaqə: info@elresort.az
+994704455202
Qax rayonunun Ləkit-Kötüklü kəndində yerləşən bu nadir şəlalə sıx meşənin dərinliyində gizlənmişdir. Əsrlər boyu qayalar üzərindən axan su burada sıx və yaşıl mamır təbəqəsi yaradıb, bu isə ərazini sanki yaşıl xalça ilə örtülmüş kimi göstərir. Hündür ağaclar ərazini sərin və kölgəli saxlayır, günəş şüaları buraya az düşür.
Burada qonaqları özünə cəlb edən isə dağların ətəyində, sıx meşəlikdə yerləşən şəlalədir. Təbiət incisinə bu adın verilməsinə səbəb suyun axdığı hissələrin yaşıl mamırla örtülməsidir
Şəlalənin ətrafı piknik üçün ideal bir məkandır və Ləkit və Kötüklü kəndlərinə gələn turistlər tez-tez burada gəzməyə və mənzərədən zövq almağa gəlirlər.
Əlaqə: info@elresort.az
+994704455202
Üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü bu gün Qax rayonuna gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. İsti yay günlərində Ulu körpünün yerləşdiyi ərazi həmişə insanlarla dolu olur. Çünki günün ən qızmar çağında belə, burada hava çox sərin keçir. 1980-ci ildə Ulu körpünün yaxınlığında, Kürmük çayının üzərində yeni, müasir körpü inşa edilib. Hazırda nəqliyyat vasitələri həmin körpünün üstündən hərəkət edir. Ulu körpüdə isə avtomobillərin hərəkəti qadağan olunub.
Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu Körpüdür. Körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınmışdır. Yerli əhalinin körpünü Ulu adlandırması onun bu tipdə inşa edilən körpülərin ən böyüyü olmasından xəbər verir.
Əlaqə: info@elresort.az
+994704455202
Qax rayonu saysız təbiət və tarixi mədəniyyət abidələri ilə zəngin olsa da, onlar içərisində xüsusi maraq doğuranı “İçəribazar” kompleksidir. Tarixi XVI əsrlərə gedib çıxan qalanın içərisində vaxtilə yaşayış binaları, müxtəlif sənət emalatxanaları, dükanlar və bazar olub. Buna görə də yerli əhali qala ilə əhatə olunan daxili ərazini indi də “İçəribazar” adlandırır. Qalanın giriş və çıxış qapılarında isə milli memarlıq ənənələrinin yaşadıldığını görmək mümkündür. Qaladan içəri girdikdə küçə boyunca nəfis şəkildə təbii daşlarda işlənilən qala divarları xoş atmosfer yaradır. Kompleksin ərazisində açıq səma altında nəhəng bir teatr yaradılıb ki, yaz-yay aylarında bu səhnədə konsertlər və əyləncəli proqramlar təşkil olunur.
Tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar ilə tanış ola və ala bilərsiniz.
Bu gün kompleksi ziyarət edən qonaqlar rayonun və bu qədim qalanın, yerli sakinlərin yaşam tərzi, adət-ənənələri və mətbəxi ilə maraqlanır və gözəl vaxt keçirirlər.
Əlaqə: info@elresort.az
+994704455202
Qalaça və ya Şamil qala Azərbaycanın Qax rayonunun İlisu kəndi yaxınlığında yerləşən dairəvi qüllədir. Qala 19-cu əsrin əvvəllərində rus qoşunlarının dağlara irəliləməsi zamanı inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidəsi haqqında Sərəncamına əsasən, o, yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur.
Əlaqə: info@elresort.az
+994704455202
Cinli və ya cinli qala qalası Azərbaycanın Qax rayonunun İlisu kəndi yaxınlığında yerləşən qaladır. 7-9 - cu əsrlərdə bəzi məlumatlara görə, digərlərinə görə-ehtimal ki, 18-ci əsrdə, davamlı istilalar və daxili qarşıdurmalar zamanı inşa edilmişdir. Qalanın 19-cu əsrin əvvəllərində, rus və dağ əhalisi arasındakı qarşıdurmalar zamanı istifadə edilməsi də mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri haqqında Sərəncamına əsasən, o, yerli əhəmiyyətli memarlıq abidəsidir.
Əlaqə: info@elresort.az
+994704455202