Otel haqqında

El Resort, təbii şəlalələrdən 5 km məsafədə, əsrarəngiz təbiətlə əhatə olunmuşdur. Kompleksdə qapalı hovuz, sauna və idman zalı olan sağlamlıq mərkəzi fəaliyyət göstərir. Bütün otaqlar kondisioner, kreslolar, Vanna otağı, LED ekran TV, iPod dok stansiya, minibar, saç qurutma maşını və telefon ilə təchiz olunub. El Resort-da Novbahar restoranı fəaliyyət göstərir, burada qonaqlar yerli və dünya mətbəxinə aid təamlardan ləzzət ala bilərlər. Lounge barın yanında yerləşən El cafe bar, yüngül qəlyanaltılar və təravətləndirici kokteyllər təqdim edir. Səhər yeməyi qiymətə daxildir. Əlavə ödəniş müqabilində El Resort Resort-un qonaqları müxtəlif istirahət imkanlarından yararlana bilərlər. Oteldə qapalı hovuz, Türk hamamı və buxar otaqları, sauna və idman zalı var. Qonaqlar masaj xidmətindən də istifadə edə bilərlər. Voleybol, basketbol, futbol və tennis kortlarından yararlanmaq mümükündür. Bilyard və stolüstü tennis, kinoteatr və boulinq ilə oyun otağı da mövcuddur.

Təqdimatlar

Zamananlama

Rezerv etdiyiniz təqdirdə əldə edəcəksiniz: -Spa və digər xidmətlərdən yararlanma (Türk hamamı, buxar hamamı, qapalı hovuz, fitness, kinoteatr, stolüstü tennis, bilyard, uşaq otağı, namaz otağı), futbol və tennis kortları. 

Giriş saatı 15:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Gəlişinizdən 24 saat əvvəl rezervasiyanı pulsuz ləğv edə bilərsiniz.
Qeyd edək ki, rezervasiyanızın müddətinin və ya tarixlərinin dəyişdirilməsi tarifin dəyişməsinə səbəb ola bilər.

Qaydalar və şərtlər

Hotelə giriş tarixindən 24 saat əvvəl rezervasyiyanızı ödənişsiz olaraq ləğv edə bilərsiniz 
Qeyd edək ki, rezervasiyanızın müddətinin və  ya tarixlərinin dəyişdirilməsi tarifin dəyişməsinə səbəb ola bilər.