HAQQIMIZDA

Qax rayonunda yeni istifadəyə verilmiş ilk beş ulduzlu hotel olan EL Resort şəhərin füsunkar gözəl təbiətinə malik, biznes və turizm cəhətdən olduqca maraqlı hissəsində və dövlət tarix muzeyində qeydiyyatda olan abidələrin əhatəsində yerləşir. Hotelin nadir bitki və heyvanat aləmi ilə, həmçinin mineral bulaqlar və dağ çayları ilə zəngin ərazisi qonaqların buradakı sağlam istirahətini olduqca maraqlı və yaddaqalan edir.

EL Resort sizə bu günümüzün dünya standartlarına cavab verən gözəl dizayn , beynəlxalq xəttə bağlantısı olan telefon , sürətli internet şəbəkəsi , peyk televiziya sistemi, individual olaraq idarə edilən isitmə və soyutma sistemi, seyf, saat, musiqi mərkəzi və mini bar ilə təchiz edilmiş rahat qonaq otaqları təklif edir.